Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Mart 2020 23:36
Həkimlər depressiyadan müalicə alanlara xəbərdarlıq edib.
Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, rusiyalı dietoloq Mixail Qinzburqun fikrincə, pis əhval-ruhiyyəni aradan qaldırmaq üçün tətbiq edilən metodlar yanlış nəticə verə bilər:
"Rusiyanın əksər hissəsi şimal enliyində yerləşdiyindən, günəş işığı az olur və D vitamini çatışmazlığı yaranır. Bu isə mənfi düşüncələrə yol açır. D vitamini çatışmazlığı bizdə asanlıqla depressiya yaradır. Narahatlıq yüksək səviyyəyə çataraq əsəbilik yaradır. Səbəb isə bizə naməlum qalır.
Gün ərzində 450 beynəlхalq vahid və ya 10 mkq D vitamini qəbul etmək şərtdir. Həftədə 3 dəfə dəniz balığı qəbulu da vitamin çatışmazlığını azalda bilər".