Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Mart 2020 12:58
Premyer Liqanın 28-ci turundan təxirə salınan "Mançester Siti" - "Arsenal" görüşü bu gün də keçirilə bilməyəcək.
Sonxeber.net matc.az-a istinadən xəbər verir ki, buna səbəb London təmsilçisinin futbolçularının koronavirus təhlükəsi üçün karantinə alınmasıdır.
"Arsenal" klubundan verilən açıqlamaya görə, fevralın 27-də Avroliqanın 1/8 final mərhələsində "Olimpiakos"u qəbul etdikləri matçda futbolçular yunan klubunun sahibi Evangelos Marikanislə təmas edib. Marikanison isə dünən koronavirusa yoluxduğu açıqlanıb. Bu səbəbdən də oyunçuların iki günlük qarantinə alındığı qeyd edilib.
Futbolçular martın 13-də çıxacaq və şənbə günü "Brayton"a qarşı matça hazırlanacaqlar. Rəhbərlik görüşdən sonra məşqçilər heyəti və restoranda çalışanların da nəzarətə götürüldüyünü açıqlayıb.
Bu səbəbdən də bu gecə oynanılması gözlənən "Mançester Siti" - "Arsena" matçı təxirə düşüb.