Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Mart 2020 14:40
Bakı. Trend:
Avstriya hökuməti İtaliya ilə dəmir yol əlaqəsini mərhələli şəkildə dayandırdığını açıqlayıb.
Trend-in məlumatına görə, koronavirus təhlükəsi ilə əlaqədar Avstriyadan İtaliyaya və əks istiqamətdə sərnişin qatarları dayandırılır.
Sərnişinlə biletləri kassalarda və ya telefon vasitəsilə ləğv edə bilərlər.
Eyni zamanda iki ölkə arasında yük qatarlarının hərəkəti davam etdiriləcək.
Qeyd edək ki, ötən gün Avstriya hökuməti İtaliya ilə avtobus reyslərinin dayandırıldığını elan etmişdi.