Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 May 2019 17:12
"Yuventus"un hücumçusu Kriştianu Ronaldo A Seriyasında 2018-2019 mövsümünün sonuncu - 38-ci turunda sabah "Sampdoriya" ilə keçiriləcək oyunda meydana çıxmayacaq.
Qol.az-ın Turin klubunun rəsmi "Tvitter" səhifəsinə istinadən yaydığı xəbərə görə, komandanın baş məşqçisi Massimiliano Alleqri UEFA Millətlər Liqasının "Dördlər finalı" üçün Portuqaliya yığmasına dəvət alan 34 yaşlı superulduza istirahət verib. Beləliklə, Ronaldo cari çempionatı 21 qolla başa vuracaq.
Qeyd edək ki, bu, məhsuldarlıq baxımından təcrübəli forvardın 2008-ci ildən bu yana keçirdiyi ən zəif mövsümdür. O, sonuncu dəfə 2008-2009 mövsümündə "Mançester Yunayted"in heyətində meydana çıxdığı 33 oyunda 18 qol vurmuşdu.