Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Atletiko'' və PSJ 1/4 finalda - Yenilənib

''Atletiko'' və PSJ 1/4 finalda - Yenilənib

Tarix: 12 Mart 2020 02:36

Çempionlar Liqasında 1/8 finalın cavab oyunları davam edir.

Qol.az xəbər verir ki, bu gün daha iki matç keçiriləcək. Turnirin son qalibi "Liverpul" doğma meydanda "Atletiko" ilə qarşılaşacaq. Bu komandalar arasında ilk oyunda Madrid klubu minimal hesabla qalib gəlib - 1:0.

Digər görüşdə isə Dortmund "Borussiya"sı PSJ-nin qonağı olacaq. İlk qarşılaşmada 1:2 hesabı ilə uduzan Paris təmsilçisi növbəti mərhələyə yüksəlmək üçün yaxşı nəticə əldə etməyə çalışacaq.

11 mart

00:00. PSJ (Fransa) – “Borussiya” (Dortmund, Almaniya) - 2:0 
Qollar:
Neymar, 28, Bernat, 45+1
Qırmızı vərəqə: Əmrə Can, 89 ("Borussiya")
İlk oyun – 1:2
Baş hakim: Entoni Taylor (İngiltərə)
Paris. “Park de Prens”

00:00. “Liverpul” (İngiltərə) – “Atletiko” (İspaniya) - 2:3 
Qollar:
Veynaldum, 43 (1:0), Firmino, 94 (2:0), Llorente, 97 (2:1), 105+1 (2:2), Morato, 120+1 (2:3)
İlk oyun – 0:1
Baş hakim: Danni Makkeli (Niderland)
Liverpul. “Enfild Roud”

10 mart

00:00. “Valensiya” (İspaniya) – “Atalanta” (İtaliya) - 3:4

00:00. “Leyptsiq” (Almaniya) – “Tottenhem” (İngiltərə) - 3:0

 


Etiketlər:  Atletiko finalda Yenilənib


RƏYLƏR