Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Mart 2020 18:12
Bakı. Ləman Zeynalova - Trend:
2020-ci ildə Azərbaycanda neft hasilatı sutkada 0,01 milyon barel azalaraq 0,77 milyon barel/sutka təşkil edəcək.
Trend-in məlumatına görə, bu barədə OPEC-in neft bazarı haqqında mart hesabatında deyilir.
Fevral hesabatında Azərbaycanda neft hasilatının 0,01 milyon barel artacağı proqnozlaşdırılırdı.
OPEC-in məlumatlarına əsasən, yanvar ayında ölkədə 0,79 milyon barel/sutka maye karbohidrogen hasil olunub ki, bu da 2019-cu ilin dekabrı ilə müqayisədə dəyişməz qalıb.
Hesabat dövründə 665 min barel/sutka neft hasil olunub. Bu göstərici 2019-cu ilin dekabrı ilə müqayisədə 2 min barel/sutka azdır.
2019-cu ildə Azərbaycanda neft hasilatı 0,002 milyon barel/sutka azalıb və 0,79 milyon barel/sutka təşkil edib.