Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan Dövlət Televiziyası Türkmənistanın Dövlət Televiziyası ilə əməkdaşlıq edəcək

Azərbaycan Dövlət Televiziyası Türkmənistanın Dövlət Televiziyası ilə əməkdaşlıq edəcək

Tarix: 11 Mart 2020 20:42

"Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti ilə Türkmənistanın Dövlət Televiziya, Radio Verilişləri və Kinematoqrafiya Komitəsi arasında əməkdaşlıq haqqında Saziş" imzalanıb.

Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, sənədi "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov və Türkmənistanın Mədəniyyət naziri Atageldi Şamıradov imzalayıblar.

Xatırladaq ki, martın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun iştirakı ilə Azərbaycan-Türkmənistan sənədlərinin imzalanması mərasimi olub.


Etiketlər:  Azərbaycan Dövlət Televiziyası Türkmənistanın Dövlət Televiziyası ilə əməkdaşlıq edəcək


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR