Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Atletiko'' və PSJ 1/4 finalda

''Atletiko'' və PSJ 1/4 finalda

Tarix: 12 Mart 2020 07:10

Çempionlar Liqasında 1/8 finalın cavab oyunları davam edir.

Daha iki matç keçirilib. Turnirin son qalibi "Liverpul" doğma meydanda "Atletiko" ilə qarşılaşıb. Bu komandalar arasında ilk oyunda Madrid klubu minimal hesabla qalib gəlmişdi. Enfilddəki görüş isə bol qollu olub. Əsas vaxtı "Liverpul" 1:0 üstünüyü ilə bitən matçın əlavə vaxtında daha 4 qol vurulub. Qonaqlar 3:2 hesablı qələbə ilə 1/4 finala yüksəlib.

Digər görüşdə isə Dortmund "Borussiya"sı PSJ-nin qonağı olub. İlk qarşılaşmada 1:2 hesabı ilə uduzan Paris təmsilçisi 2:0 hesablı qələbə ilə növbəti mərhələyə yüksəlib.

11 mart

00:00. PSJ (Fransa) - "Borussiya" (Dortmund, Almaniya) - 2:0 
Qollar:
 Neymar, 28, Bernat, 45+1
Qırmızı vərəqə: Əmrə Can, 89 ("Borussiya")
İlk oyun - 1:2
Baş hakim: Entoni Taylor (İngiltərə)
Paris. "Park de Prens"

00:00. "Liverpul" (İngiltərə) - "Atletiko" (İspaniya) - 2:3 
Qollar: 
Veynaldum, 43 (1:0), Firmino, 94 (2:0), Llorente, 97 (2:1), 105+1 (2:2), Morato, 120+1 (2:3)
İlk oyun - 0:1
Baş hakim: Danni Makkeli (Niderland)
Liverpul. "Enfild Roud"

10 mart

00:00. "Valensiya" (İspaniya) - "Atalanta" (İtaliya) - 3:4

00:00. "Leyptsiq" (Almaniya) - "Tottenhem" (İngiltərə) - 3:0

Milli.Az


Etiketlər:  Atletiko finalda


RƏYLƏR