Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Mart 2020 08:20
Avropa Liqasının 1/8 final mərhələsinin daha 3 oyunu koronavirus xəstəliyinin yayılması səbəbindən azarkeşsiz keçiriləcək.
Sonxeber.net apasport.az-a istinadən bildirir ki, bunlardan ikisi ilk, biri isə cavab matçlarına təsadüf edəcək.
UEFA sabah baş tutacaq LASK (Avstriya) - "Mançester Yunayted" (İngiltərə) və "Ayntraxt" (Almaniya) - "Bazel" (İsveçrə) qarşılaşmasına azarkeşlərin buraxılmasını qadağan edib. Həmçinin martın 19-da Almaniya "Bayer"i ilə Şotlandiya təmsilçisi "Reyncers" arasında Leverkuzendəki cavab qarşılaşması da boş tribunalar önündə oynanılacaq.
Qeyd edək ki, UEFA sabah keçirilməsi nəzərdə tutulan "İnter" - "Xetafe" və "Sevilya" - "Roma" oyununu təxirə salıb.