Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Redmi Note 9 Pro-nun texniki özəllikləri barəsində məlumat verildi

Redmi Note 9 Pro-nun texniki özəllikləri barəsində məlumat verildi

Tarix: 12 Mart 2020 09:00

Redmi Note 9 smartfon seriyasının təqdimatına 2 gün qalmış internetdə Pro modeli barəsində məlumat ortaya çıxıb. Belə ki, məşhur hindistanlı insayder Ishan Agarwal sözügedən smartfonun texniki özəllikləri barəsində məlumat evrib.

Sonxeber.net technote.az-a istinadən bildirir ki, Redmi Note 9 Pro smartfonu 6.67 düym LCD ekran ilə təchiz olunacaq və ekran üzərində ön kamera üçün nəzərdə tutulmuş çıxıntı hissə olacaq. Barmaq izi skanı texnologiyası isə smartfonun kənar hissəsində yerləşəcək. Təəssüflər olsun ki, smartfon ekranı yüksək tezlikdə təsvir yenilənməsinə sahib olmayacaq.

Məlumata əsasən Pro modelinin ekranı 60 Hz tezlikdə təsvir yenilənməsini dəstəkləyəcək. Əsas texniki göstəricilərə gəldikdə isə smartfon Snapdragon 720G prosessoru, 4/6 GB RAM, 64/128 GB daxili yaddaş həcmi, 48 MP + 5 MP + 8 MP + ToF dördlü arxa kamera, 16 MP-lik ön kamera və 18 vatt gücündə sürətli şarj texnologiyalı 5020 mAh enerji tutumlu batareya ilə təchiz olunmalıdır. Bununla yanaşı hindistanlı insayder qeyd edib ki, Xiaomi şirkəti həmçinin Redmi Note 9 Pro Max modeli üzərində də çalışır. Lakin onun barəsində heç bir məlumat yoxdur.


Etiketlər:  Redmi Note texniki özəllikləri barəsində məlumat verildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ