Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Mart 2020 19:20
Bakı. Trend:
Böyük Britaniya ABŞ-dan fərqli olaraq Avropa İttifaqı (Aİ) vətəndaşlarının ölkəyə daxil olmasına qadağa qoymaq niyyətində deyil.
Trend-in məlumatına görə, bunu Böyük Britaniya baş nazirinin administrasiyasının rəsmi nümayəndəsi brifinq zamanı deyib.
Bundan əvvəl kansler Rişi Sunak Aİ vətəndaşlarının ölkəyə daxil olmasının qadağan edilməsnin heç bir əsası olmadığını demişdi.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp martın 13-dən başlayaraq Avropa ölkələrinin vətəndaşlarının ABŞ-a gəlməsinin 30 gün müddətinə qadağan olunacağını demişdi.
Onun sözlərinə görə, bu qərar Aİ ölkələrinin koronavirusa qarşı lazımı reaksiya göstərə bilmədiyi üçün qəbul edilib. D.Tranp əlavə edib ki, bu qərar Böyük Britaniyaya şamil edilmir.