Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kiberhücumlar dünya şirkətlərinə nə qədər ziyan vurub?

Kiberhücumlar dünya şirkətlərinə nə qədər ziyan vurub?

Tarix: 12 Mart 2020 21:20

Kiberhücum nəhəng şirkətlər üçün əsas risk faktorlarından biridir. İş adamlarının yarısından çoxu bu tip hücumların artacağını düşünürlər. Çünki aparılan araşdırmalar son illər onun sayında artım olduğunu göstərir.

Sonxeber.net ted.az-a istinadən bildirir ki, onların 39%-i kiberhücumları ən böyük təhlükə kimi görür. 2013-cü ildə isə bu göstərici 6% idi.

Həmin araşdırmaya görə, kiberhücum təhlükəsinə ən çox məruz qalan sahələr aviasiya, iqtisadiyyat, dövlət idarəetməsi, ictimai iaşə xidmətləri, texnologiya və telekommunikasiyadır.

Araşdırma zamanı o da məlum olub ki, 2 il sonra bütün dünyada kibertəhlükəsizliyin təmin olunması məqsədilə çəkilən xərclər 133 milyarddan çox olacaq. Bu günə qədər kiberhücumlar nəticəsində şirkətlərə dəyən ortalama zərər isə 1 trilyon dollardır. 2020-ci ilin sonunda bu göstəricinin 150 milyon da artacağı gözlənilir.

Statistikada bildirilib ki, Türkiyə kiberhücumların sayına görə, dünya üzrə 6-cı yerdə olsa da, bu nəticə ilə bütün Avropa ölkələrini qabaqlayır.


Etiketlər:  Kiberhücumlar dünya şirkətlərinə qədər ziyan vurub


RƏYLƏR