Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Mart 2020 22:26
Çexiyada koronavirusa görə fövqəladə vəziyyət elan edilib.
Bu barədə ölkənin Baş naziri Andrey Babiş deyib.
Sonxeber.net virtualaz.org-a istinadən bildirir ki, o, Çexiyada fövqəladə vəziyyətin 30 gün davam edəcəyini bildirib.
Eyni zamanda, respublika ərazisinə virusun geniş yayıldığı 13 ölkədən - Çin, Koreya, İran, İtaliya, İspaniya, Avstriya, Almaniya, İsveçrə, Norveç, İsveç, Niderland, Belçika və Böyük Britaniyadan turistlərin gəlişinə qadağa qoyulub.
Hazırda Çexiya ərazisində 96 nəfərdə koronavirus aşkar edilib.