Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Litvada koronavirusun qarşısının alınması məqsədilə dövlət ehtiyatından 1 milyon avrodan çox vəsait ayrılıb

Litvada koronavirusun qarşısının alınması məqsədilə dövlət ehtiyatından 1 milyon avrodan çox vəsait ayrılıb

Tarix: 13 Mart 2020 02:32

Litva hökuməti koronavirusun qarşısının alınması məqsədilə dövlət ehtiyatından 1,24 milyon avro ayırıb.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu vəsait Səhiyyə Nazirliyinə fərdi qoruyucu vasitələrin − respiratorların (80 min ədəd), əl üçün dezinfeksiyaedici vasitələrin (100 min litr) alınması üçün ayrılıb.

Qeyd edək ki, koronavirus təhlükəsinin qarşısını almaq məqsədilə hökumət fevralın 26-da ölkədə fövqəladə vəziyyət elan edib. Elə həmin gün əlavə ehtiyat vasitələrin alınması məqsədilə dövlət ehtiyatından 150 min avro ayrılıb.

Hazırda Litvada ölkə xaricində virusa daha çox məruz qalmış ərazilərdən qayıdan 5,5 mindən çox insan nəzarət altına alınıb və hələlik koronavirusa bir yoluxma halı qeydə alınıb.


Etiketlər:  Litvada koronavirusun qarşısının alınması məqsədilə dövlət ehtiyatından milyon avrodan çox vəsait ayrılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ