Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Mart 2020 04:30
Qazaxıstan dünyada yayılan koronavirusun pandemiya kimi tanınması ilə əlaqədar profilaktik tədbirlər görür. Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, ölkənin Təhsil Nazirliyi orta məktəb şagirdlərinin bu il martın 16-dan aprelin 5-dək yaz tətili keçirəcəklərini açıqlayıb. Ali məktəb tələbələri distant təhsilə keçəcəklər. Dövlətin "Bolaşak" proqramı ilə xarici ölkələrdə təhsil alanlar Qazaxıstana qaytarılacaq.
Bundan əlavə, ticarət mərkəzlərində yerləşən kinoteatrlar müvəqqəti işləməyəcək. Ölkə başçısının qərarı ilə Qazaxıstanda kütləvi tədbirlərin keçirilməsi qadağan olunub.