Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyənin təhsil müəssisələrində keçirilməsi planlaşdırılan bütün tədbirlər təxirə salınıb

Türkiyənin təhsil müəssisələrində keçirilməsi planlaşdırılan bütün tədbirlər təxirə salınıb

Tarix: 13 Mart 2020 07:36

Yeni növ koronavirusun (COVID-19) ölkədə yayılmasının qarşısını almaq məqsədilə Türkiyənin bütün təhsil müəssisələrində keçirilməsi nəzərdə tutulan tədbirlər təxirə salınıb.

Sonxeber.net AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Təhsil Nazirliyindən bildirilib.

Qeyd olunub ki, bununla bağlı təhsil müəssisələrinə göndərilən yazılı xəbərdarlıqda toplantı, konfrans, simpozium, forum, mükafatlandırma mərasimləri, idman yarışları kimi keçirilməsi planlaşdırılan bütün tədbirlər ləğv edilib. Bundan əlavə bu kimi sosialyönümlü tədbirlərin keçirilməsi üçün təkliflər də müvəqqəti olaraq qəbul edilmir.


Etiketlər:  Türkiyənin təhsil müəssisələrində keçirilməsi planlaşdırılan bütün tədbirlər təxirə salınıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ