Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Mart 2020 09:40
Qax rayonunda xəstəxanada ölüm hadisəsi baş verib.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, hadisə Qax rayon Mərkəzi Xəstəxanasında baş verib.
Balakən rayon sakini, 1997-ci il təvəllüdlü Rəyisə Layıcova burun çəpərinin deformasiyası ilə əlaqədar Qax rayon Xəstəxanasına müraciət edib.
Xəstəxanın lor-həkimi Əkrəm İmaməliyev tərəfindən əməliyyat edilərkən qızın vəziyyəti cərrahiyyə masasında qəflətən pisləşib.
Tibbi müdaxilələrə baxmayaraq xəstə dünyasını dəyişib.
Faktla bağlı Qax rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, zərərçəkmişin ölümü ilə nəticələndə) maddəsi ilə cinayət işi başlanıb.