Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Mart 2020 14:45
İfaçı Afət Fərmanqızı "Xəzər" televiziyasının efirinə çıxan müğənnilərdən ödəniş tələb olunduğunu iddia edib.
Sonxeber.net ölkə.az-a istinadən bildirir ki, o, bu barədə "İnstagram" səhifəsində açıqlama yayıb. Məsələ ilə bağlı "Xəzər" televiziyasında "5-də 5" verilişinin aparıcısı Zaur Kamalla əlaqə saxladıq.
Aparıcı açıqlamasında bu suala cavab vermək üçün səlahiyyətinin olmadığını deyib.
"Mən sadə aparıcıyam. Bu barədə danışmaq üçün heç bir səlahiyyətim yoxdur. Rəhbərlik ilə əlaqə saxlayın ",- deyə o, bildirib.
Qeyd edək ki, Fərmanqızı "İnstagram" səhifəsində "Xəzər" televiziyasına sərt ittihamlar ünvanlayaraq "Pul istəyirdilər deyə, heç o efirə çıxmırdım. Mənim ondan başqa üstün efirlərim var" sözlərini yazıb.