Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Mart 2020 08:24
Bakı. Trend:
Venesuelada COVİD-19 koronavirusu səbəbilə fövqəladə vəziyyət tətbiq edilir.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə ölkənin paytaxtı Karakasda çıxışı zamanı prezident Nikolas Maduro deyib.
N.Maduro bildirib: "Mən millətə təhlükə yaradan hallarda fövqəladə vəziyyət tətbiq etməyə imkan verən 338-ci maddəyə uyğun hərəkət edəcəyəm".
Dövlət başçısı həmçinin bütün vəzifəli şəxsləri "maksimфд intizama" çağırıb: "Bizim əsas məqsədimiz virusun yayılmasının qarşısını almaqdır".
Qeyd edək ki, daha əvvəl Venesuelada COVİD-19 koronavirusuna ilkiki yoluxma halı qeydə alınıb.