Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Mart 2020 08:24
"Microsoft" bu həftə şirkətin tarixində ən böyük aylıq təhlükəsizlik paketini təqdim edib. Aradan qaldırılmış 115 boşluqdan 26-sı kritik əhəmiyyətlidir.
Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, lakin məlum olub ki, bütün problemlər həll edilməyib. "SMBv3" boşluğu haqqında ətraflı məlumat dərc edildikdən sonra mütəxəssislər həyəcan siqnalı çalıblar. Mütəxəssislər iddia edirlər ki, sözügedən boşluq "EternalBlue" tipi üzrə daha bir eksploytun yaradılmasına səbəb ola bilər və onu düzəltmək lazımdır.
Həmçinin mövcud olan "CVE - 2020-0684" boşluğu istifadəçilərin qurğularında zərərverici proqramlar yerləşdirilməsinə imkan verir.