Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyədə sərnişin avtobusu yük maşınına çırpılıb, 44 nəfər xəsarət alıb

Türkiyədə sərnişin avtobusu yük maşınına çırpılıb, 44 nəfər xəsarət alıb

Tarix: 14 Mart 2020 08:56

Bakı. Trend:

Türkiyədə ərnişin avtobusu yük maşınına çırpılıb.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, qəza Ağsaray-Adana avtomobil yolunun 17-ci kilometrində baş verib. Qəza nəticəsində 44 nəfər xəsarət alıb.

Hadisə yerinə çox sayda təcili yardım briqadaları, xilasedicilər və polis cəlb edilib.

Bildirilir ki, qəza ilə bağlı yük maşının sürücüsü saxlanılıb. Qəzanın səbəbi barədə məlumat verilmir.


Etiketlər:  Türkiyədə sərnişin avtobusu yük maşınına çırpılıb nəfər xəsarət alıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ