Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyədə koronavirusa yoluxanların sayı artdı

Türkiyədə koronavirusa yoluxanların sayı artdı

Tarix: 14 Mart 2020 10:40

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyədə koronavirusa yoluxanların sayı 5 nəfərə çatıb.

Trend-in məlumatına görə, bunu ölkənin səhiyyə naziri Fəxrəddin Qoca elan edib.

O bildirib ki, Türkiyə hökuməti koronavirusun ölkə ərazisində yayılmaması üçün əlindən gələni edir.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) martın 11-də COVİD-19 koronavirusunu pandemiya elan edib.

Dünyanın 120-dən çox ölkəsində 130 mindən artıq insan koronavirusa yoluxub.

Onlardan əksəriyyəti sağalıb, lakin 5 mindən artıq xəstə dünyasını dəyişib.


Etiketlər:  Türkiyədə koronavirusa yoluxanların sayı artdı


RƏYLƏR