Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dünya üzrə koronavirusla bağlı son göstəricilər - ÜST

Dünya üzrə koronavirusla bağlı son göstəricilər -  ÜST

Tarix: 14 Mart 2020 12:06

Ümumdünya Səhiyyə Təşkilatı koronavirusla bağlı martın 14-nə olan son statistik məlumatları və risk göstəricilərini yayımlayıb.

Sonxeber.net Trend-ə istindən xəbər verir ki, təsdiqlənmiş yoluxma hallarının sayı artıb.

Belə ki, dünya üzrə yoluxma sayı ümumilikdə 145 ölkə/ərazi üzrə 145 816 nəfərdir. Son yoluxma sayı 344 nəfərdir. Onların içərisində 22-i yeni olmaqla 5438 şəxs artıq ölüb. Bu günə qədər virus infeksiyasından 72 550 şəxsin sağaldığı qeydə alınıb. Statistikaya əsasən, onlardan 1500 nəfər yeni sağalanlardır.

ÜST-ün risk qiymətləndirməsi:

Çində: Çox yüksək

Regional səviyyədə: Çox yüksək

Qlobal səviyyədə: Çox yüksək


Etiketlər:  Dünya üzrə koronavirusla bağlı göstəricilər ÜST


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ