Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda sevgilisinin başını kəsən gəncin işi MƏHKƏMƏDƏ

Bakıda sevgilisinin başını kəsən gəncin işi MƏHKƏMƏDƏ

Tarix: 14 Mart 2020 16:20

Bakıda sevgilisini amansızlıqla öldürməkdə təqsirli bilinən 1988-ci il təvəllüdlü Xaləddin Hüseynova iki maddə ilə ittiham elan edilib.

Sonxeber.net Teleqraf.com-a istinadən xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Əlövsəd Abbasovun icraatına verilib.

Yaxın günlərdə bu iş üzrə məhkəmə başlanacaq.

İttihama görə, hadisəm ötən il sentyabrın 6-da Sabunçu rayonunda qeydə alınıb. 1988-ci il təvəllüdlü Xaləddin Hüseynov qeyri-rəsmi münasibətdə olduğu paytaxt sakini, 1984-cü il təvəllüdlü Günel Bağırovanın başını kəsərək qətlə yetirib.

Cinayət qısqanclıq zəminində baş verib.

Hadisədən sonra Xaləddin Hüseynov Sabunçu rayon Polis İdarəsinin 12-ci polis bölməsinə gələrək təslim olub.

Məlum olub ki, Xaləddin Hüseynov hadisəni törətməzdən əvvəl Günel Bağırovanın yaşadığı evə gəlib. O, qızı yatdığı yerdə boyun nahiyəsindən vurub.

Məlum olub ki, Xaləddin Hüseynov həbsxanada cəza çəkib və 2018-ci ildə həbsdən azad olunub. Xaləddin Hüseynov qətli pul üstündə törətdiyi qeyd olunub.

Qeyd olunur ki, Xaləddin Hüseynov həbsdən azad olunandan sonra Günel Bağırova ilə münasibət qurub. Ailəli olan qadın Xaləddin Hüseynovla bir müddət gəzib, onun qazandığı vəsaitdən maddi cəhətdən yararlanıb.

Hadisədən bir neçə gün əvvəl isə Günel Bağırova Xaləddin Hüseynov ilə münasibətləri kəsmək istəyib. Bundan hiddətlənən Xaləddin Hüseynov onu amansızlıqla öldürüb.

İstintaq otqanı tərəfindən Xaləddin Hüseynovun barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddələri ilə ittiham elan edilib.


Etiketlər:  Bakıda sevgilisinin başını kəsən gəncin işi MƏHKƏMƏDƏ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ