Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Mart 2020 22:42
UEFA Avro-2020-nin koronavirus pandemiyası səbəbindən təxirə salınması üzərində çalışır.
Qol.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə qitə futbol qurumunun nümayəndəsi Evelina Kristillin məlumat verib.
O, bununla bağlı öz fikrini də bildirib: "Fikrimcə, indi milli liqaların başa çatması üçün vaxt vermək və Avro-2020-ni növbəti ilə təxirə salmaq məqsədəuyğundur. Turnirin gələn ilə təşkil etmək ehtimalını araşdırırıq".
Xatırladaq ki, Avro-2020 iyun-iyul aylarında Bakı da daxil olmaqla Avropanın 12 şəhərində keçirilməlidir.