Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Apple” şirkətinin ən böyük təqdimatı ləğv oluna bilər

“Apple” şirkətinin ən böyük təqdimatı ləğv oluna bilər

Tarix: 14 Mart 2020 23:36

"Apple" şirkətinin iyunda proqram tərtibatçıları üçün keçirdiyi illik "WWDC" konfransı ləğv olunmaq təhlükəsi ilə üzləşib. Belə ki, şirkətin mənzil-qərargahının yerləşdiyi Santa-Klara dairəsinin (Kaliforniya) hakimiyyəti tərəfindən kütləvi tədbirlərin keçirilməsi qadağan olunub.

Santa-Klara dairəsinin Səhiyyə Departamenti mindən çox insanın iştirak etdiyi kütləvi tədbirləri qadağan edib. Martın 10-dan etibarən qüvvəyə minən qadağa minimum üç həftə davam edəcək.

Məlumata görə, qadağa səbəbindən "Apple" şirkətinin yay təqdimatı və illik konfransı ləğv edilə bilər. "WWDC" stabil şəkildə 6 min qonağı bir araya gətirən dünyada proqram tərtibatçıları üçün ən böyük tədbirlərdən biridir. Tərtibatçılar konfransı ənənəvi olaraq Santa-Klara dairəsinin mərkəzi olan San-Hose şəhərində keçirilir. Jurnalistlərin fikrincə, "Apple" tərəfindən "WWDC" konfransının onlayn formatda keçiriləcəyi təqdirdə iştirakçıların sayı artacaq.

Kütləvi tədbirlərin keçirilməsi ilə bağlı yeni tövsiyələr dairədə ilk COVID-19 pnevmoniya xəstəsinin ölümü qeydə alındıqdan sonra tətbiq edilib. Santa-Klarada infeksiyadan ölənlərin ümumi sayı isə 43 təşkil edir.

Pnevmoniyanın yayılması təhlükəsi ilə əlaqədar tərtibatçılar üçün illik konfransı "Google" şirkəti də ləğv edib. Şirkət martın 3-də mayın 12-14-nə planlaşdırılan "Google I/O" konfransını ləğv etdiyini bəyan edərək tədbiri onlayn formatda keçirəcəyini qeyd edib. Konfransda ABŞ şirkəti tərəfindən "Android 11" əməliyyat sisteminin təqdim ediləcəyi gözlənilir.


Etiketlər:  Apple şirkətinin böyük təqdimatı ləğv oluna bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ