Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Mart 2020 00:48
Bakı. Trend:
Fransada koronavirus xəstələrinin sayı 4,5 minə, qurbanların sayı 91-ə çatıb.
Trend-in məlumatına görə, bu barədə Səhiyyə İdarəsinin baş direktoru Jerom Salomon mətbuat konfransında bildirib.
"Hazırda yoluxmuş şəxslərin sayı 4,5 min təşkil edir. Bu göstərici son 72 saat ərzində iki dəfə artıb", - deyə o qeyd edib.
Salomon bildirib ki, ən çox yoluxma hallarının aşkar edildiyi bölgələr Burqundiya, İl-de-Frans, Overn və Korsikadır və respublika bütün ərazisində mövcud olan virusun yayılmasının üçüncü mərhələsi ilə üzləşir.