Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Mart 2020 02:32
Bakı. Trend:
Mərakeş hökuməti 21 ölkə, o cümlədən Yunanıstan, Norveç və Türkiyə ilə hava əlaqəsini dayandırmaq qərarına gəlib.
Trend-in məlumatına görə, bu barədə ölkənin XİN-dən xəbər verilib.
"Koronavirus yayılmasına qarşı qabaqlayıcı tədbirlər sırasında 21 ölkədən, o cümlədən Misir, Bəhreyn, Bəə, Yunanıstan, Norveç, İsveç, İsveçrə Və Seneqal də daxil olmaqla, gediş-gəliş uçuşlarını dayandırmaq barədə qərar qəbul edilib", - məlumatda deyilir.
Daha əvvəl Mərakeş hakimiyyəti koronavirusla bağlı Almaniya, Hollandiya, Belçika və Portuqaliyadan gediş-gəliş uçuşlarını müvəqqəti olaraq dayandırıb.
"Əl-Cəzirə" telekanalı şənbə günü Mərakeşin Avadanlıq və Nəqliyyat Naziri Əbdül Əziz ar-Rabahın xarici səfərdən sonra koronavirusa yoluxduğunu bildirib.
Gənclər, mədəniyyət və İdman Nazirliyi şənbə günündən etibarən Mərakeşin bütün təhsil müəssisələrində tədris prosesinin, eləcə də istənilən İdman və mədəni tədbirlərinin dayandırılması göstərişini verib.