Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Avrokuboklar üçün yeni format bilindi

Avrokuboklar üçün yeni format bilindi

Tarix: 15 Mart 2020 14:18

2019/20 mövsümü üçün Çempionlar Liqası və Avropa Liqasının formatına təklif edilən təcili dəyişikliklərdən biri bəlli olub.

Qol.az “AS” nəşrinə istinadən yazır ki, UEFA yarımfinaldan etibarən “Dördlər finalı” tətbiq edə bilər. Təklifə əsasən, yarımfinala kimi gələn komandalar arasında “Dördlər final”ı təşkil edilir. Bu turnir 3 oyundan (2 yarımfinal, 1 final) ibarət olacaq. Çempionlar Liqasının oyunlarının finalçı ev sahibi İstanbulda (Türkiyə), Avropa Liqasının matçlarının isə finalı qəbul edəcək Qdansk (Polşa) şəhərində keçirilməsi təklif olunur.

Bu məsələ UEFA-nın martın 17-də keçirəcəyi videokonfrans zamanı müzakirə ediləcək.

Xatırladaq ki, koronavirus səbəbindən UEFA avrokuboklarda bu həftə keçirilməi olan 1/8 finalın oyunlarını təxirə salıb.
 

 


Etiketlər:  Avrokuboklar üçün yeni format bilindi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ