Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Mart 2020 14:10
"Qalatasaray"ın baş məşqçisi Fatih Terim koronavirusa görə Türkiyə Superliqasında matçların təxirə salınmamasından şikayətlənib.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, o, ölkə çempionatının oyunlarının davam etdirilməsi ilə bağlı bunları bildirib:
"Dünyada bir çox liqa təxirə salınıb. Ağlınıza NBA matçları gəlir? O da təxirə salındı. Ayrı meydanlarda oynanılmasına baxmayaraq, tennis oyunları da dayandırıldı. Futbol insanın həyatından önəmli deyil. Sağlığımız və həyatımızdan söhbət gedir. Burada akkreditasiyadan keçən 850 nəfər var. Amma çox yaxın məsafədən danışırıq. Bəs 1-1.5 metr uzaq duracaqdıq? Oyunçuların öpüşməyinə mane ola bilərsiniz? Mümkün deyil. Hamımızın həyatı təhlükədədir. Oyunlar təxirə salınsa, biz də bu virusdan qorunacağıq. Top toplayan uşaqların əlcək geyinməyinin əhəmiyyəti yoxdur. Bizim canımız yoxdur? Heç Allahdan qorxmursunuz? Cəzaya görə heç kimə heç nə deyə bilmirik. Kimsə bunu deyə bilmir, hamı deyinir".