Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Mart 2020 21:20
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi bu qurumda tətbiq ediləcək müvəqqəti iş rejimi barədə məlumat yayıb.
Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən Sonxeber.net-a verilən məlumata görə, koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahın müvafiq tövsiyələrini nəzərə alaraq Konstitusiya Məhkəməsində aşağıdakı iş qaydaları müvəqqəti tətbiq ediləcək:
1. Konstitusiya Məhkəməsinin plenumlarının iclasları müvəqqəti olaraq yazılı prosedurla keçiriləcək;
2. Vətəndaşların (şəxslərin) qəbulu müvəqqəti olaraq dayandırılır;
3. Vətəndaşlar (şəxslər) Konstitusiya Məhkəməsinin rəsmi internet səhifəsinə (www.constcourt.gov.az) daxil olaraq onlayn şəkildə məhkəməyə müraciət edə, həmçinin ərizə və şikayətləri poçt vasitəsilə göndərə bilərlər.
Əlaqə üçün telefon nömrələri: (012) 492 91 03, (012) 492 79 61 (Konstitusiya Məhkəməsi Aparatının Vətəndaşların qəbulu və şikayətlər şöbəsi).