Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tullantıların düzgün idarə edilməməsinə görə şirkət cəzalandırılıb (FOTO)

Tullantıların düzgün idarə edilməməsinə görə şirkət cəzalandırılıb (FOTO)

Tarix: 18 Mart 2020 13:51

Bakı. İlhamə İsabalayeva - Trend:

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə “Şirvan Operating Company LTD” şirkətinin Azərbaycan filialının ərazisində tullantıların ətrafa atılması ilə bağlı daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, əraziyə keçirilən baxış zamanı şirkətin ərazisində formalaşan bərk tullantıların qeyri-mütəşəkkil atıldığı, qanunvericiliyə uyğun idarə edilmədiyi, yeni neft quyusunun qazılması zamanı əmələ gələn tullantı sularının ətrafa axıdıldığı və qazma şlamlarının qəbul məntəqələrinə təhvil verilmədiyi müəyyən edilib.

Faktla bağlı akt və protokol tərtib olunaraq şirkətin Azərbaycan filialının hüquqi şəxs qismində cərimələnməsi üçün toplanmış materiallar məhkəməyə göndərilib.

Tullantıların düzgün idarə edilməməsinə görə şirkət cəzalandırılıb (FOTO) - Gallery Image Tullantıların düzgün idarə edilməməsinə görə şirkət cəzalandırılıb (FOTO) - Gallery Image Tullantıların düzgün idarə edilməməsinə görə şirkət cəzalandırılıb (FOTO) - Gallery Image Tullantıların düzgün idarə edilməməsinə görə şirkət cəzalandırılıb (FOTO) - Gallery Image


Etiketlər:  Tullantıların düzgün idarə edilməməsinə görə şirkət cəzalandırılıb FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ