Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Mart 2020 15:40
Bakı. Tamilla Məmmədova - Trend:
Gürcüstanda bütün əhali koronavirus testindən keçirilə bilər.
Trend-in məlumatına görə, bunu ölkənin səhiyyə naziri Yekaterina Tikaradze deyib.
O bildirib ki, bu testlər yoluxmanı ilkin mərhələlərdə aşkar etməyə imkan verəcək.
Nazir bildirib ki, testlərin aparılması üçün Cənubi Koreyanın təcrübəsindən istifadə olunacaq və hazırda bu ölkə ilə, eləcə də Çinlə danışıqlar aparılır.
Qeyd edək ki, bu günədək Gürcüstanda koronavirusa 38 nəfərin yoluxduğu təsdiq edilib.