Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Mart 2020 08:12
ABŞ-ın "Apple" korporasiyası koronavirusa görə Çindən kənarda yerləşən mağazalarının işini dayandırır.
Pərakəndə mağazalar martın 27-dək bağlı olacaq.
Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, kontinental Çin, Honkonq, Makao və Tayvanda yerləşən ticarət nöqtələri istisnadır.
Şirkət infeksiyaya yoluxma hallarının sayının artması fonunda əməkdaşları və müştəriləri qorumaq naminə bu tədbirləri alıb. Bundan başqa, "Apple" şirkəti "COVID-19" ilə mübarizəyə vəsait ayırıb.
Son məlumatlara görə, dünyada koronavirusa yoluxmuş şəxslərin sayı 143 mini ötüb. Bu halda 72302 nəfər sağalıb, 5388 nəfər isə ölüb.