Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Mart 2020 09:46
Bakıda hamilə qadın ölüb.
Mİlli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə Topçubaşov adına Elmi-Tədqiqat Cərrahiyə Xəstəxanasında qeydə alınıb.
Ağır vəziyyətdə xəstəxanaya gətirilən Gəncə şəhər sakini, 1989-cu il təvəllüdlü Şəbnəm Mustafayevaya tibbi yardım göstərilsə də onun həyatını xilas etmək mümkün olmayıb. 22 həftəlik hamilə olan qadın bətnindəki uşaq ilə birlikdə ölüb.
Məlumata görə, 5 il qabaq ürək əməliyyatı keçirən qadın bu il martın 17-də "mitral qabağın protezinin trombozu" diaqnozu ilə Topçubaşov adına Elmi Cərrahiyə Xəstəxanasına yerləşdirilib. Tibbi müdaxilələr nəticə vermədiyindən o ürək çatışmazlığından ölüb.
Faktla bağlı Yasamal rayon Prokurorluğunda araşdırma aparılır.