Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda əhalinin koronavirusla bağlı məlumatlandırılması məqsədilə informasiya portalı istifadəyə verildi

Azərbaycanda əhalinin koronavirusla bağlı məlumatlandırılması məqsədilə informasiya portalı istifadəyə verildi

Tarix: 19 Mart 2020 11:21

Bakı. Trend:

Azərbaycanda əhalinin məlumatlandırılması məqsədilə www.koronavirusinfo.az informasiya portalı istifadəyə verilib.

Trend xəbər verir ki, Azərbaycan Respublikasında koronavirus infeksiyasının yayılmasının qarşısının alınması, xəstəliyin profilaktikası, əhalinin məlumatlandırılması və maarifləndirilməsi məqsədilə Nazirlər Kabinetinin yanında operativ qərargah tərəfindən məlumat portalı istifadəyə verilib.

Portalda koronavirus (COVID-19) haqqında təsdiqlənmiş ümumi məlumatlar, dünyada mövcud vəziyyət, Azərbaycanda virusla mübarizə sahəsində həyata keçirilən tədbirlər və operativ xəbərlər öz əksini tapıb.

Azərbaycan hökumətinin əhalinin sağlamlığılının mühafizəsi və təhlükəsizliyinin təmin edilməsi məqsədilə müəyyənləşdirdiyi qaydalar, təlimatlar və tövsiyələr operativ şəkildə vətəndaşların diqqətinə çatdırılır.

Vətəndaşlar portala müraciət etməklə interaktiv qaydada onları maraqlandıran suallara cavab ala biləcəklər.


Etiketlər:  Azərbaycanda əhalinin koronavirusla bağlı məlumatlandırılması məqsədilə informasiya portalı istifadəyə verildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ