Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Mart 2020 15:46
"Çempionat dayanıb. Hamı öz evinə yollanıb. Mən də Bakıya qayıtmaq istəyirəm"
Sonxeber.net xəbər verir ki, bu sözləri matc.az saytına Bosniya və Herseqovinanın "Çelik" klubunda çıxış edən Elvin Yunuszadə deyib. O, daha sonra belə davam edib:
"Çox şükür, sağlamlığımda bir problem yoxdur. Ancaq artıq bir gündür hava limanında qalmışam. Bakıya reys yoxdur. Məcbur İstanbulda yaşayıram".
Qeyd edək ki, millimizin sabiq üzvü "Çelik" klubu ilə mövsümün sonuna qədər müqavilə imzalayıb.