Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan qızıl və gümüş medallar qazanıb: AGF Junior Trophy beynəlxalq turnirində komandalar arasında beş gürz və beş lentlə qrup hərəkətlərində qaliblər mükafatlandırılıb (FOTO)

Azərbaycan qızıl və gümüş medallar qazanıb: AGF Junior Trophy beynəlxalq turnirində komandalar arasında beş gürz və beş lentlə qrup hərəkətlərində qaliblər mükafatlandırılıb (FOTO)

Tarix: 21 Aprel 2019 17:52

Bakı. Cani Babayeva - Trend:

Bu gün Bakıda, Milli Gimnastika Arenasında bədii gimanstika üzrə II AGF Junior Trophy beynəlxalq turnirində komandalar arasında beş gürz və beş lentlə qrup hərəkətlərində qaliblər və mükafatçıların mükafatlandırma mərasimi keçirilib.

Trend-in məlumatına görə, beş gürzlə qrup hərəkətlərində Azərbaycan komandasl birinci yeri (21.500 bal), İtaliya komandası ikinci yeri (21.500), Belarus komandası (20.100 bal) isə üçüncü yeri tutublar.

Beş gürzlə qrup hərəkətlərində medal qazanan komandalara mükafatları bədii gimnastika üzrə Azərbaycan yığmasının üzvləri Aliyə Paşayeva, Diana Əhmədbəyli, Ayşən Bayramova və Zeynəb Hümmətova təqdim ediblər.

Azərbaycan komandasının tərkibi: Mədinə Əsədova, Ləman Əlimuradova, Selcan Həcizadə, Millana Əkbərova və Fəridə Səfiyarzadə.

Beş lentlə qrup hərəkətlərində qızıl medalı Belarus komandası (20.450 bal), gümüş medalı Azərbaycan komandası (18.350 bal), bürünc medalı isə İtaliya komandası (17.050 bal) qazanıblar.

Beş lent ilə qrup hərəkətlərində medal qazanan komandalara mükafatları bədii gimnastika üzrə Azərbaycan yığmasının məşqçiləri Kamil Quliyev, Orxan Muradov və Ruslan Eyvazov təqdim ediblər.

Azərbaycan komandasının tərkibi: Mədinə Əsədova, Ləman Əlimuradova, Selcan Həcizadə, Millana Əkbərova və Fəridə Səfiyarzadə.

Qeyd edək ki, Bakıda 20-21 aprel tarixlərində Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 2-ci AGF Junior Trophy beynəlxalq turniri keçirilir. Yarışda 20 ölkənin 130-a yaxın gənc bədii gimnastı iştirak edir.

Dünya Kubokundan bir neçə gün öncə (26-28 aprel) keçiriləcək gənclərin yarışında Beynəlxalq Gimnastika Federasiyasının (FIG) qaydalarına əsasən, yalnız 2004-2006-cı il təvəllüdlü gimnastlar çıxış edir.

Foto: Zaur Mustafayev

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Azərbaycan qızıl gümüş medallar qazanıb Junior Trophy beynəlxalq turnirində komandalar arasında beş gürz beş lentlə qrup hərəkətlərində qaliblər mükafatlandırılıb FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ