Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Koronaviruslu xəstələr üçün ən təhlükəli dərmanların adları açıqlandı

Koronaviruslu xəstələr üçün ən təhlükəli dərmanların adları açıqlandı

Tarix: 21 Mart 2020 12:57

Koronavirusa yoluxanlara bəzi dərman vasitələrindən uzaq durmaq məsləhət görülür. Belə ki, "İbuprofen" və "Kortizon" bu virusa yoluxanların səhhətini daha da ağırlaşdıra bilər.

Bu barədə Fransanın Səhiyyə naziri Olivye Veran özünün "Twitter" səhifəsində yazıb və qeyd edib ki, həmin preparatlar kornaviruslu xəstələr üçün olduqca təhlükəlidir.

Veran, həmçinin virusa yoluxmuş şəxslərə özünümüalicədən imtina etməyi və yalnız həkim tərəfindən təyin olunan dərmanları qəbul etməyi məsləhət görüb.

Son məlumatlara görə, Fransada 4 mindən artıq insanda COVID-19 qeydə alınıb, 90-dan artıq insan xəstəlikdən dünyasını dəyişib.


Etiketlər:  Koronaviruslu xəstələr üçün təhlükəli dərmanların adları açıqlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ