Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Mart 2020 20:04
Müqavilə ilə "Barselona"ya məxsus olan Arda Turan "Qalatasaray"ın baş məşqçisi Fatih Terim haqda danışıb.
Qol.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, türk yarımmüdafiəçi sabiq çalışdırıcısını "Baba" adlandırıb.
Qeyd edək ki, bu mövsümün ilk hissəsini "Başakşəhər"də keçirən A.Turanın "Qalatasaray"a qayıtmaq istədiyi iddia olunur.
Xatırladaq ki, Türkiyə millisinin "Avro-2016"da uğursuz çıxışından sonra Arda Turanla Fatih Terimin münasibətləri pisləşmişdi. Ancaq ötən ilin noyabrında Arda "Qalatasaray"la oyun öncəsi F. Terimin yanına gedərək onu qucaqlayıb və əlini öpüb. Bundan sonra tərəflər arasında mübasibətlər yaxşılaşıb.