Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Neymar ''Barselona''ya qayıtmaqda qərarlıdır

Neymar ''Barselona''ya qayıtmaqda qərarlıdır

Tarix: 21 Mart 2020 23:42

PSJ-nin futbolçusu Neymarın "Barselona"ya qayıtmaq istədiyi xəbəri yayılıb.

Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, bu barədə "AS" nəşri məlumat yayıb.Braziliyalı hücumçunun yenidən Lionel Messi və Luis Suareslə birgə oynamaq istədiyi vurğulanıb. Bildirilib ki, Neymar yaxın vaxtlarda Paris klubunun rəhbərliyindən onun gedişinə icarə verməyi istəyəcək.

Qeyd edək ki, 28 yaşlı oyunçunun PSJ ilə müqaviləsi 2022-ci ilin yayında başa çatır. Onun 200 milyon avro qarşılığında müqaviləsini birtərəfli ləğv etmək hüququnun olduğu iddia edilir.


Etiketlər:  Neymar Barselonaya qayıtmaqda qərarlıdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ