Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İtaliya ilk zərurət məhsullarına aid olmayan bütün istehsalatı dayandırıb

İtaliya ilk zərurət məhsullarına aid olmayan bütün istehsalatı dayandırıb

Tarix: 22 Mart 2020 06:40

Bakı. Trend:

İtaliyanın Baş Naziri Cuzeppe Konte ölkədə ilk zərurət məhsullarına aid olmayan bütün istehsal müəssisələrinin bağlandığını elan edib.

Trend-in məlumatına görə, Baş Nazir bu barədə "Facebook"da xalqa müraciətində deyib.

"Biz İtaliyada yalnız ilkin tələbat məhsulları istisna olmaqla bütün istehsal fəaliyyətini dayandırmağı qərara aldıq", - C.Konte bildirib.

"Fövqəladə sanitar vəziyyət fövqəladə iqtisadi vəziyyətə çevrilir, amma biz bunun öhdəsindən gələcəyik", - deyə Baş Nazir əlavə edib. O vurğulayıb ki, məhdudiyyətlər ərzaq mağazalarının və apteklərin işinə aid deyil.


Etiketlər:  İtaliya zərurət məhsullarına olmayan bütün istehsalatı dayandırıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ