Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nissan İspaniyadakı zavodunu bağladı

Nissan İspaniyadakı zavodunu bağladı

Tarix: 22 Mart 2020 08:00

Bakı. Trend:

Yaponiyanın "Nissan Motor" avtomobil konserni Barselonadakı zavodunda istehsalı dayandırıb və 3 min əməkdaşla müqavilələri ləğv edib.

Trend-in məlumatına görə, bu tədbirlər İspaniyada koronavirusun yayılması, sakinlərin hərəkət etmə məhdudiyyətləri, həmçinin komponentlərin təchizatında fasilələrlə bağlıdır.

Müəssisənin fəaliyyətinin mümkün bərpa vaxtı hələlik məlum deyil. Nissan zavodu ildə 200 min avtomobil istehsal etmək üçün nəzərdə tutulub, lakin ötən ilin yekunlarına görə, yüngül yük avtomobilləri və kommersiya nəqliyyatı da daxil olmaqla, onun konveyerindən 65 min maşın buraxılıb.

Daha əvvəl şirkət koronavirus səbəbiylə ABŞ-da beş zavodunda və Böyük Britaniyada bir müəssisəsində istehsalını dayandırıb.


Etiketlər:  Nissan İspaniyadakı zavodunu bağladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ