Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Mart 2020 10:20
"Qalatasaray" video konfransı yolu ilə transfer çalışmalarını davam etdirir.
Sonxeber.net Fanat.az-a istinadən xəbər verir ki, İstanbul klubu "Liverpul"dan Herdan Şaqirinin transferini bitirməyə çalışır.
"Qalatasaray" isveçrəli futbolçunu ötən transfer dönəmlərində də, istəmişdi. Amma keçid baş tutmamışdı. "Cim-Bom" bu dəfə Şaqirini heyətinə qatmaq üçün daha israrlıdı. İstanbullular "Liverpul"un ulduzunu icarəyə götürmək istəyir və artıq bununla bağlı qarşı tərəfə müraciət edib.
Qeyd edək ki, "Liverpul" Şaqirini 2018-ci ilin yayında "Stok Siti"dən 14,7 milyon avroya alıb. Futbolçu cari mövsümdə Premyer Liqada 6 (1 qol), klublararası dünya çempionatında 2, Çempionlar Liqası və İngiltərə Super Kubokunda 1 oyuna çıxıb.