Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Mart 2020 14:54
Bakı. Trend:
Cəlilabad rayonununda külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Cəlilabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində martın 22-də Göytəpə şəhəri ərazisində Bakı şəhər sakini M.Nəcəfovun idarə etdiyi “Hyundai” markalı avtomobil saxlanılıb.
M.Nəcəfovdan və sərnişini Sabirabad rayon sakini S.Məmmədovdan 7 kiloqram 610 qram heroin və 4 kiloqramdan artıq metamfetamin götürülüb.