Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

YAP Gəncə şəhər təşkilatının əməkdaşları 1 aylıq əmək haqlarını KMDF-a köçürüblər

YAP Gəncə şəhər təşkilatının əməkdaşları 1 aylıq əmək haqlarını KMDF-a köçürüblər

Tarix: 23 Mart 2020 15:30

YAP Gəncə şəhər təşkilatının sədr və müavinləri, əməkdaşları bəşəriyyət üçün böyük təhlükə yaradan COVİD-19 pandemiyası ilə mübarizə çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsünə qoşulublar.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, onlar Koronavirusla Mübarizəyə Dəstək Fonduna bir aylıq əmək haqlarını köçürüblər.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qlobal pandemiya elan edilmiş koronavirus (COVID-19) infeksiyasının əhatə dairəsi və coğrafiyası hazırda sürətlə genişlənməkdədir. Dövlət tərəfindən görülən tədbirlər nəticəsində koronavirus pandemiyası ilə mübarizədə Azərbaycan dünyada ən uğurlu nəticə əldə edən ölkələrdən biridir. Amma mübarizənin daha effektiv olması və bu bəlanın dəf edilməsi üçün sosial və iqtisadi statusundan asılı olmayaraq, hər kəs həmrəylik nümayiş etdirərək dövlətə dəstək olmalıdır.


Etiketlər:  Gəncə şəhər təşkilatının əməkdaşları aylıq əmək haqlarını KMDF köçürüblər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ