Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Mart 2020 16:14
“Kontakt Home” koronavirus infeksiyası ilə mübarizə məqsədilə loqosunu bu mövzuya uyğun adaptasiya edib.
Adaptasiya olunmuş yeni loqo müvəqqəti xarakter daşıyır, “KontaktWithHome” (ev ilə kontaktda) sosial mesajını özündə birləşdirir və insanları daha çox ev ilə təmasda olmağa və karantin tədbirlərinə əməl etməyə çağırır.
Bu yaxınlarda sloveniyalı dizayner “MasterCard”, “Nike”, “Starbucks”, “LinkedIn” kimi markaları koronavirusa uyğun dəyişmişdi. Bu adaptasiyadan sonra dünyaca məşhur digər markalar da həmin sosial çağırışa qoşulmağa başlamışdı.
Qeyd edək ki, “Kontakt Home” koronavirusla mübarizə tədbirlərində yüksək fəallıq göstərir. Şirkət bir neçə gün öncə Koronavirusla Mübarizəyə Dəstək Fonduna 50 min manat vəsait ayırıb. Eyni zamanda şəbəkənin fəaliyyətində təhlükəsizlik tədbirlərinə ciddi əməl olunur və evlərində oturaraq istədikləri məhsulları əldə edə bilmələri üçün müştərilərə sürətli şəkildə pulsuz çatdırılma xidməti təklif edilir.