Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Mart 2020 17:09
“Xiaomi” şirkəti smartfonlar üçün şəxsi prosessor hazırlanması ilə bağlı işləri dayandırıb. Bu haqda Çin mənbələrinə istinadən “GizmoChina” nəşri yazıb.
“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, Çin şirkəti “Surge” layihəsinin (mobil qurğular üçün şəxsi prosessor hazırlanması) işini dayandırıb. Vəziyyətlə tanış olan mütəxəssislər deyiblər ki, “Xiaomi” rəqabətə davamlı məhsul hazırlaya bilməyib, layihə çox mürəkkəb və bahalı olub.
Nəşr yazır ki, Çinin “Huawei” korporasiyası çip istehsalının öyrənilməsi və istehsalına böyük vəsait ayırıb. “Xiaomi” şirkəti isə smartfonlar üçün radiotezlik çipləri və başqa periferiya komponentlərinin hazırlanması üçün səy göstərir.
2017-ci ildə sözügedən layihə çərçivəsində şirkət tərəfindən təqdim edilmiş “Surge S1” prosessoru 8 “Cortex-A53” hesablama nüvəsi və “Mali-T860” qrafik sürətləndiricisinə malikdir. Bu prosessorla işləyən yeganə smartfon “Mi 5C” cihazıdır. Şirkət komponentləri özü istehsal etməklə kənar tədarükçülərdən asılılığı azaltmağı planlaşdırırdı.
Emil Hüseynov