Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Mart 2020 19:06
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Koronavirusla Mübarizəyə Dəstək Fonduna 100 000 manat vəsait köçürüb.
AQTA-dan Sonxeber.net-a verilən məlumata görə, agentliyin tabeliyində fəaliyyət göstərən Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) publik hüquqi şəxsi tərəfindən Koronavirusla Mübarizəyə Dəstək Fonduna 100 000 manat məbləğində vəsait köçürülüb.
Bəşəriyyətin koronavirusa qarşı mübarizə apardığı bu dövrdə Agentliyin kollektivi də xalqımızla həmrəydir.