Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Mart 2020 07:40
Bakı. Trend:
Beynəlxalq Olimpiya Komitəsinin üzvü Dik Paund Beynəlxalq Olimpiya Komitəsinin 2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiadasının digər tarixlərə keçiriləcəyini bildirib.
Trend-in məlumatına görə, daha əvvəl Avstraliya və Kanadanın milli olimpiya komitələri ölkələrinin 2020-ci ildə Tokiodakı Olimpiya oyunlarında iştirak etməmələri barədə qərar qəbul ediblər.
"BOK-da olan məlumata əsasən, təxirə salınma haqqında qərar qəbul edilib. Əlavə addımlar hələ müəyyənləşdirilməyib, amma oyunların iyulun 24-də başlamayacağını dəqiq bilirəm", - D.Paund "USA TODAY Sports" portalında deyib.
Xatırladaq ki, Tokio Olimpiadası iyulun 24-dən avqustun 9-dək keçirilməli idi.